Çin koronavirusa qarşı effektiv dərman tapıldığını bildirir
![]()
Çin hökuməti koronavirusa qarşı effektiv vaksin hazırladığını bəyan edib.
Rubrika.Az xəbər verir ki, bu barədə "İnterfaks" Çinin Rusiyadakı səfiri Çjan Hanhueyə istinadən məlumat yayıb.
Diplomat bildirib ki, yeni dərman yaxşı nəticə göstərib, lakin yenə də yoxlanılmalı və yekun qərar verilməlidir. O, həmçinin deyib ki, on illərdir malyariyanın müalicəsində istifadə olunan dərman vasitəsinin - xloroxin fosfatın koronavirusla mübarizədə effektivliyi məlum olub.
Bundan əlavə, Çin əvvəllər Rusiya istehsalı olan virus əleyhinə vasitə - “Arbidol”un koronavirusa qarşı təsirli bir dərman olaraq tanıyıb. Sovet dövründən istehsal olunan bu dərman, latın hərfləri ilə yazıldığı zaman bəzən "Abidol" da adlanır.
Xatırladaq ki, koronavirus epidemiyası 2019-cu ilin sonunda Çinin Vuhan şəhərindən dünyaya yayılmağa başlayıb. Bu günə qədər 2 min 592 nəfər virusun qurbanı olub. 64 mindən çox insan virusa yoluxub, demək olar ki, 17 min nəfəri sağalıb.
Rubrika.Az
Facebook-da paylaş







