Bakıda polis əməkdaşı qardaşı tərəfindən öldürüldü

Paytaxtda 31 yaşlı şəxs qardaşını qətlə yetirib.
Rubrika.Az-ın “Report”a istinadən xəbərinə görə, hadisə fevralın 24-də Bakının Nərimanov rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Araz Ramazanov mübahisə zəminində qardaşı, Nəsimi Rayon Pollsi İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşı Anar Ramazanovu bıçaqla qətlə yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Araz Ramazanov saxlanılıb.
Rubrika.Az
Facebook-da paylaş














