Namizəd MSK-nın iclasında Məzahir Pənahovu hədələdi
![]()
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 110 saylı Zaqatala Seçki Dairəsi üzrə namizəd Nurlana Cəlillə MSK sədri Məzahir Pənahov arasında gərginlik yaşanıb.
Rubrika.Az-ın Oxu.Az-a istinadən xəbərinə görə, Nurlana Cəlil MSK-nın çıxardığı qərara kəskin etiraz edib.
O MSK sədrini, katiblərini və qurumu üzvlərinə bunu bildirib:
“Şəxsən bundan sonra sizlərdən birinin Zaqatalaya ayağı düşsə, qovacağam”.
Qeyd edək ki, MSK-nın qərarı ilə adıçəkilən dairənin iki məntəqəsinin nəticələri etibarsız sayılıb.
Rubrika.Az
Facebook-da paylaş









