Yaponiyada koronavirusa görə məktəblər bağlandı

Yaponiya hökuməti yerli hakimiyyət orqanlarına koronavirusa görə ilk və orta dərəcəli məktəblərin bazar ertəsi günündən etibarən qapadlması və mart ayı boyunca qapalı tutulması təlimatını verib.
Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki, Yaponiya baş naziri Şinzo Abe bildirib ki, “hökumət uşaqların sağlamlığını və təhlükəsizliyini hər şeyin üzərində tutur”.
Yaponiyada bu gün ölkənin cənubundakı Hokkaido bölgəsində daha 13 nəfərdə Covid-19 adı verilən koronavirusun aşkarlandığı açıqlanıb. Bu şəxslərdən ikisi uşaqdır. 40 yaşlarında bir qadında isə ikinci dəfə virusun aşkarlandığı açıqlanıb.
Koronavirusa görə yay aylarında paytaxt Tokioda Olimpiya oyunlarına ev sahibliyi edəcək Yaponiyada Olumpiya məşəli məsafəsinin qısaldılması gündəmdədir. İndiyə qədər Yaponiyada koronavirus nəticəsində səkkiz nəfər dünyasını dəyişib. Bu insanlardan dördü Diamond Princess adlı sərnişin gəmisində idi.
Uzaq Şərqdə virusun ən çox görüldüyü ölkələrdən Cənubi Koreyada isə qeydə alınmış xəstələrin sayı 1776-ya çatıb. Bu ölkədə ölü sayı 11-dir.
Rubrika.Az
Facebook-da paylaş














