Nazirlər Kabineti ölkədə yaranan tibbi spirt və maska çatışmazlığına aydınlıq gətirdi
![]()
Nazirlər Kabineti yanında operativ qərargah ölkədə yaranan tibbi spirt və maska çatışmazlığına aydınlıq gətirilib.
Rubrika.Az Oxu.Az-a istinad edərərk bildirir ki, qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib ki, onların səlahiyyətində olan xəstəxanalarda belə problem yoxdur:
“Ümumiyyətlə, respublikanın maska və tibbi spirtlə təminatı bizim səlahiyyətimizdə deyil”.
TƏBİB-in Yoluxucu xəstəliklər İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib ki, maskanı xəstəliyə yoluxmuş şəxs taxmalıdır:
“Bu da infeksiyanın ətrafa yayılmasının qarşısını alır”.
Respublikanın baş infeksionisti Cəlal İsayev deyib ki, maska qıtlığı məsələsi daha çox mətbuat tərəfindən şişirdilir.
Rubrika.Az
Facebook-da paylaş














