İspaniyada koronavirusa yoluxanların sayı artır

İspaniyada koronavirusa təsdiqlənmiş yoluxma halları 32-ə çatıb.
Rubrika.Az Musavat.com-a istinad edərək xəbər verir ki, Səhiyyə Nazirliyinin “Twitter”də paylaşdığı məlumata görə bu sıraya yoluxmuş və sonra da sağalan iki əcnəbi də daxildir.
Belə ki, hazırkı vəziyyətə görə, Valensiya muxtariyyətində 8 nəfər, Kanar adalarında və Andalusiyada hərəsinə altı nəfər, paytaxt Madriddə isə 5 nəfər yoluxan var.
Ruubrika.Az
Facebook-da paylaş







