Xameneinin məsləhətçisi koronavirusdan öldü

İran Məsləhət Şurasının koronavirusa yoluxan 72 yaşlı üzvü Məhəmməd Mirməhəmmədi vəfat edib.
Bu barədə İRNA agentliyi məlumat yayıb.
Bildirilir ki, M. Məhəmmədi koronavirusla əlaqədar nəzərdə tutulan Məsih Daneşvəri xəstəxanasında müalicə alırdı.
Qeyd edək ki, M.Məhəmmədi İran parlamentinin 6 və 7-ci çağırış Qum şəhərindən millət vəkili olub. 2018-ci ildən isə İranın Məsləhət Şurasının üzvü idi.
Xatırladaq ki, İranda indiyədək 978 nəfər koronavirusa yoluxub, onlardan 54 nəfər ölüb.
Rubrika.Az
Facebook-da paylaş









