İdlibdə Türkiyə-Rusiya qarşıdurması barədə Peskovdan açıqlama

Kremlin mətbuat katibi Dmitri Peskov İdlibdə rus və türk hərbçilərinin qarşıdurması riskini şərh edib.
Avropa.info xəbər verir ki, Peskovun sözlərinə görə, Kreml ümid edir ki, qarşıdurma riskini Türkiyə və Rusiya tərəfləri arasında olan sıx təmas nəticəsində azaltmaq mümkün olacaq.
“Emid edirik ki, iki ölkənin hərbçilərinin apardığı dialoq və sıx təmas sayəsində risk amilini minimuma endirə biləcəyik” – Peskov deyib.
Qeyd edək ki, 5 martda Moskvada Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş gözlənilir.
Rubrika.Az
Facebook-da paylaş












