Prezident Tovuzda səfərdədir — YENİLƏNİB
![]()
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonuna səfərə gedib.
Dövlətimizin başçısı Tovuz şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonda görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialının fəaliyyəti ilə tanış olub.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.
***
Prezident İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində martın 4-də Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin açılışında iştirak edib.
Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev muzeylə tanış oldu.
***
Martın 4-də Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev muzeydə yaradılan şəraitlə tanış oldu.
***
Martın 4-də Tovuzda Dövlət Rəmzləri Muzeyinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevə muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verildi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonuna səfərə gedib.
Dövlət başçısı Tovuz şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonda görülən işlər barədə dövlət başçısına məlumat verib.
Rubrika.Az
Facebook-da paylaş








