ADPU Şamaxı Filialında “Nəsimi yurdunda Nəsimi yaradıcılığı” layihəsi çərçivəsində forum təşkil edilib -FOTOLAR
![]()
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialında Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “Nəsimi yurdunda Nəsimi yaradıcılığı” layihəsi çərçivəsində forum təşkil olundu.
Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi XIII Qrant müsabiqəsi çərçivəsində C kateqoriyalı müsabiqədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının III tədris ili tələbəsi Nəsibli Güldəstə Elçin qızı “Nəsimi Yurdunda Nəsimi Yaradıcılığı” adlı layihə ilə qalib olmuşdur. 100-dən artıq tələbə-gəncin iştirak etdiyi layihə forum formatında 28-29 fevral tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında həyata keçirilmişdir.
Ilk olaraq filialın rəhbərliyi, müəllim heyəti və bir qrup tələbəsi Şamaxı şəhərində yerləşən İmadəddin Nəsiminin abidəsini ziyarət edərək, önünə tər güllər düzdülər.
Forumu giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan olunmasının dövlətimizin milli mənəvi dəyərlərimizə, mədəni irsimizə verdiyi dəyərin bariz nümunəsi olduğunu qeyd etmişdir. Forumun işinə uğurlar arzu edən Tünzalə Yusifova bu kimi tədbirlərin davamlı olmasını da arzu etdi.
Layihənin rəhbəri Güldəstə Nəsibli çıxışında Azərbaycan Respublikasının Gənclər Fondunun çoxsahəli fəaliyyətindən, gənclərin inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən və “Nəsimi Yurdunda Nəsimi Yaradıcılığı” layihəsinin məqsəd və vəzifələrindən, gözlənilən nəticələrdən bəhs etdi.
Layihənin eksperti filologiya üzrə fəlsəfə doktoru, dosent Umudov Qüdrət Nəsimi irsi, onun həyatı haqqında müxtəlif mənbələrdə verilmiş sitatlar, mübahisəli məqamlar, dahi şairin yaradıcılığı ilə dünyagörüşü arasında sıx bağlılıq, sufizm və hürufilik, Nəsimi obrazının bədii ədəbiyyatda və incəsənətdə işlənmə vəziyyəti barədə geniş məruzə ilə çıxış etdi.
Sonra çıxış edən filialın Tədris və elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Şasəddin Mikayılov, Ədəbiyyat və dillər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev, Tərbiyə işləri üzrə direktor müavini, layihənin koordinatoru Şəlalə Seyidova dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin əsərlərinin təhlili, onun fəlsəfi dünyagörüşü, həyatı və yaradıcılığının müxtəlif aspektləri, əsərlərin tərbiyəvi əhəmiyyətindən bəhs etdilər.
Çıxışlardan sonra forum müzakirə şəklində davam etdirildi. Sonda bütün iştirakçılara sertifikat təqdim olundu, xatirə şəkilləri çəkildi.![]()
![]()
![]()
![]()
![]()
![]()
Rubrika.Az
Facebook-da paylaş











