Yunanıstan polisi miqrantlara atəş açdı – 1 ölü, 6 yaralı

Yunan təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 1 miqrant ölüb, 5-i yaralanıb.
Avropa.info xəbər verir ki, hadisə Pazarkule sərhəd-keçid məntəqəsi yaxınlığnda baş verib.
“Açılan atəş nəticəsində miqrantların 3-ü ayağından, 1 qasıq nahiyəsindən, 1-i başından, 1-i də döş nahiyəsindən yaralanıb. Döyüş gülləsi ilə açılan atəşdən ümumilikdə 6 kişi yaralanıb. Sinəsindən yara alan şəxsiyyəti naməlum şəxs təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Bütün müdaxilələrə baxmayaraq, miqrantın həyatını xilas etmək mümkün olmayıb” – bəyanatda deyilir.
Rubrika.Az
Facebook-da paylaş













