İngiltərə Premyer Liqasının oyunları azarkeşsiz keçirilə bilər
![]()
İngiltərə Futbol Assosiasiyası koronavirus epidemiyasına görə Premyer Liqa oyunlarının azarkeşsiz keçirilə biləcəyini istisna etmir.
Rubrika.Az Report-a istinadən xəbər verir ki, bu barədə "Everton" klubunun Direktorlar Şurasının üzvü Aleksandr Ryazantsev deyib.
Onun sözlərinə görə, virusun yayılmasının qarşısını almaq üçün yaxın günlərdə bu məsələyə baxıla bilər.
"Böyük 5-lik" ölkələrindən İtaliyada artıq bəzi oyunlar koronavirusa görə təxirə salınıb. Bəzi qarşılaşmalar isə azarkeşsiz keçirilir.
Qeyd edək ki, Böyük Britaniyada koronavirus daşıyıcılarının sayı 90-a çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 87 ölkə və regionu əhatə edir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96 898-ə çatıb. Bunların 53 975 nəfəri sağalıb, 3 308 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
Rubrika.Az
Facebook-da paylaş













