Pakistanda qəza nəticəsində 25 nəfər ölüb
![]()
Pakistanın şimalındakı Gilgit-Baltistan vilayətində yol-nəqliyyat hadisəsi nəticəsində 25 nəfər ölüb.
Rubrika.Az-ın “TASS” Agentliyinə istinadən verdiyi xəbərə görə, sürücünün idarətetməni itirməsi nəticəsində miktoavtobus uçurumdan çaya düşüb.
Qəza nəticəsində avtobusdakıların hamısı həlak olub. Hazırda ölənlərin cəsədləri sudan çıxarılır.
Rubrika.Az
Facebook-da paylaş












