“Arsenal”da ciddi itki: Aparıcı futbolçu mövsümü erkən bitirdi
![]()
İngiltərənin “Arsenal” klubunun futbolçusu Lukas Toreyra zədələnmə ucbatından uzun müddətə sıradan çıxıb.
Rubrika.Az Oxu.Az-a istinadən xəbər verir ki, “Portsmut”la kubok qarşılaşmasında zədələnən uruqvaylı mərkəz yarımmüdafiəçisi tibbi müayinədən keçib.
Sağ topuq nahiyəsində qırıq aşkarlanan 24 yaşlı oyunçunun ən azı 8-10 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Onun mayın 10-da sıraya dönəcəyi gözlənilir. Bu isə o deməkdir ki, Toreyra üçün mövsüm başa çatıb.
Qeyd edək ki, “Arsenal”ın 2:0 qalib gəldiyi həmin matçda Lukas Toreyra 16-cı dəqiqədə ispaniyalı Dani Sebalyosla əvəzlənmişdi. Onu meydandan xərəklə aparmışdılar.
Qeyd edək ki, “Arsenal”da hazırda Kalum Çambers, Sead Kolaşinats, Şkodran Mustafi və Sedrik Suares də zədəlidir.
Rubrika.Az
Facebook-da paylaş












