Qanada iki avtobusun toqquşması nəticəsində 27 nəfər ölüb
![]()
Qanada iki avtobusun toqquşması nəticəsində 27 nəfər ölüb.
Rubrika.Az-ın “RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər Bono-İst vilayətində baş verib.
Toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsində yanğın baş verib. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Rubrika.Az
Facebook-da paylaş















