Britaniya koronavirusla mübarizəyə 30 milyard funt sterlinq ayırıb
![]()
Britaniya parlamentində 2020-ci il üzrə dövlət büdcəsi ilə bağlı müzakirələr aparılır.
Rubrika.Az xəbər verir ki, İqtisadiyyat naziri Rishi Sunak dövlət büdcəsinin gəlir və xərclərini açıqlayır. O, koronavirusla (COVID-19) mübarizə üçün 30 milyard funt sterlinq ayrıldığını bildirib.
“Britaniya iş yerlərinə, digər obyektlərə çətin anlarda kömək olmaq üçün büdcədən bu vəsaiti ayırır. Vəziyyət dəyişərsə, biz buna uyğun hərəkət edəcəyik”, - deyə o bildirib./apa.az
Rubrika.Az
Facebook-da paylaş










