Prezident sərəncam imzaladı: 11,97 milyon manat ayrıldı
![]()
Prezident İlham Əliyev Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Rubrika.Az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Ağdaş və Göyçay rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 11,97 milyon (on bir milyon doqquz yüz yetmiş min) manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.
Rubrika.Az
Facebook-da paylaş











