Bakının helikopterlərlə dezinfeksiya ediləcəyi məsələsinə - Rəsmi münasibət
![]()
Sosial şəbəkələrdə Bakı şəhərinin bu axşam helikopterlər vasitəsilə dezinfeksiya ediləcəyinə dair məlumatların heç bir əsası yoxdur.
Rubrika.Az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qərargahdan deyilib ki, yayılan məlumatlar şayiədir, belə bir hazırlıq aparılmır.
Rubrika.Az
Facebook-da paylaş









