Gənclər və İdman nazirinin müavini Neftçala rayonunda vətəndaşların qəbulunu keçirəcək
![]()
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev martın 13-də Neftçala rayonunda vətəndaşların qəbulunu keçirəcək.
Rubrika.Az Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, qəbulda Neftçala və Salyan rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.
Saat 11:00-da Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 39, rayon icra hakimiyyətinin binası ilə üzbəüz) başlayacaq qəbula gəlmək istəyən vətəndaşlar Neftçala (050 320-42-42) və Salyan (055 200-66-65) rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.AZƏRTAC
Rubrika.Az
Facebook-da paylaş











