Rumınıyanın hökumət başçısı koronavirusa yoluxmaqda şübhəli sayılır
![]()
Rumıniyanın müvəqqəti baş naziri Lüdvik Orban koronavirusa yoluxma şübhəsi ilə özünü təcrid edib.
Rubrika.Az xəbər verir ki, məlumatı “Reuters” yayıb.
Bildirilib ki, o, bir müddət əvvəl koronavirusa yoluxduğu təsdiqlənən Liberal Partiyasının senatoru ilə görüşüb. Müvəqqəti baş nazirlə yanaşı, Liberal Partiyanın lideri də təcrid edilib. Hazırda onların testinin nəticəsi gözlənilir.
Qeyd edək ki, martın 13-də L.Orban Rumıniya prezidenti Klaus Yoxannislə gələn həftə hökumətin formalaşması məsələsini müzakirə etməyi planlaşdırırdı.
Xatırladaq ki, 56 yaşlı siyasətçi 2019-cu il noyabrın 4-dən hökumətə başçılıq edir. 2020-ci il fevralın 5-də onun qurduğu hökumət parlamentdə səs ala bilməmişdi. Ona görə də onun qurduğu kabinet istefaya getmişdi.
Rubrika.Az
Facebook-da paylaş











