Mübariz Mənsimov Türkiyədə həbs olundu -VIDEO

"Palmali Group” şirkətinin təsisçisi, əslən azərbaycanlı Mübariz Mənsimov Türkiyədə saxlanılıb.
Bu barədə Türkiyə mətbuatı yazıb. Məlumata görə, Mübariz Mənsimov bu gün səhər İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İstanbul Maliyyə Cinayətləri İdarəsi tərəfindən saxlanılıb.
Şübhəli şəxs kimi saxlanılan iş adamın evində axtarış aparılır. Türkiyənin "Sabah" qəzetinin yazdığına görə, Mübariz Mənsimov FETÖ araşdırmaları çərçivəsində saxlanılıb. Bundan əvvəl də onun Fətullah Gülən hərəkatına bağlılığı barədə iddialar səsləndirilmişdi. (Virtualaz.org)
Rubrika.Az
Facebook-da paylaş












