Ümumdünya Səhiyyə Təşkilatı adından koronavirusla bağlı SAXTAKARLIQ
![]()
Kiberfırıldaqçılar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) adından koronavirus epidemiyası ilə bağlı saxta məktublar göndərirlər.
“RİA Novosti”nin məlumatına görə, bu barədə ESET şirkətinin mütəxəssisləri xəbər yayıb.
“@who.com, @who.org və ya @who-safety.org saytlarının ÜST-lə heç bir əlaqəsi yoxdur”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, WHO – “World Health Organisation” (ÜST) təşkilatının qısaldılmış adıdır.
Rubrika.Az
Facebook-da paylaş













