Türkiyədə məscidlərdə namaz qılınması qadağan olundu

Türkiyədə məscidlərdə camaat namazına müvəqqəti olaraq fasilə verilib.
Rubrika.Az Musavat.com-a istinadən bildirir ki, bunu Türkiyə Dəyanət İşləri İdarəsinin sədri Əli Erbaş bildirib.
O deyib ki, ölkədə koronavirusa yoluxanların sayının artmasına görə insanların məscidlərdə bir araya gəlməsi infeksiyanın yayılması riskini artıra bilər: “Bu səbəbdən namazın evdə qılınması məsləhət görülür. Cümə namazı başda olmaqla məscidlərdə namaz qılınmasına ara verilir. Cümə namazı yerinə günorta namazının qılınması yetərlidir”.
Rubrika.Az
Facebook-da paylaş













