Rusiya Azərbaycanla dəmiryolu əlaqələrini dayandırdı
![]()
Rusiya Dəmir Yolları (RDY) bu gündən Azərbaycanla dəmiryolu əlaqələrini müvəqqəti dayandırır.
Rubrika.Az Yenisabah.az-a istinadən verdiyi məlumata görə, RDY-nin yaydığı açıqlamada bildirilir ki, yeni koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə qəbul edilən qərar martın 16-dan tətbiq olunacaq və xüsusi göstəriş olanadək qüvvədə qalacaq.
Məlumatda bildirilir ki, qərar barədə Azərbaycan tərəfi məlumatlandırılıb.
Qeyd edək ki, Özbəkistanla bağlı da eyni addım atılıb.
Rubrika.Az
Facebook-da paylaş













