Yaponiya Futbol Federasiyasının prezidenti koronavirusa yoluxub
![]()
Yaponiya Milli Olimpiya Komitəsinin vitse-prezidenti və Yaponiya Futbol Federasiyasının prezidenti Kozo Taşima koronavirusa yoluxub.
Rubrika.Az-ın xəbərinə görə, bu barədə Yaponiya Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, K. Taşima fevralın sonundan etibarən müxtəlif ölkələrə səfər edib. O, Şimali İrlandiyanın Belfast şəhərində Beynəlxalq Futbol Assosiasiyası İdarə Heyətinin illik yığıncağında iştirak edib.
Rubrika.Az
Facebook-da paylaş















