Goranboyda 72 subartezian quyusu qazılır
![]()
Goranboy rayonunun suvarma suyuna olan tələbatı Goranboy Suvarma Sistemləri və Subartezian Quyularının İstismarı İdarələri tərəfindən ödənilir. Ötən ildə havanın quraq keçməsi və yağıntıların az düşməsi kənd sakinlərinin aqrotexniki müddətdə suvarma suyu ilə təchiz edilməsində müəyyən problemlər yaradıb.
Rubrika.Az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığı və dövlətin maliyyə dəstəyi ilə həyata keçirilən Şəmkir maşın kanalının 1-ci və 2-ci növbə çəkilişləri başa çatdırılıb, 3-cü növbə çəkilişi üçün isə layihə-sənədləşmə işləri aparılır.
Məhz bu layihənin reallaşması ilə 40 min hektardan çox kənd təsərrüfatına yararlı torpaq sahələrinin suvarılması yaxşılaşacaq.
Qeyd edilib ki, ötən il 18 yeni subartezian quyusu qazılıb. Bu istiqamətdə aparılan işin nəticəsi olaraq, 72 subartezian quyusunun qazılması davam etdirilir. Ümumiyyətlə, son 16 il ərzində rayon üzrə 159 subartezian quyusu qazılıb.
Rubrika.Az
Facebook-da paylaş











