Peşə təhsili alanlar üçün teledərslər keçiriləcək
![]()
Təhsil Nazirliyi bu gündən başlayaraq peşə təhsil müəssisələrində təhsilalanlar üçün də teledərslərin çəkilişinə start verir.
Rubrika.Az-ın "Report"a istinadla məlumatına görə, bu barədə nazirliyin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov bildirib.
“Bu gündən peşə təhsil müəssisələrində təhsilalanlar üçün də teledərslərin çəkilişinə başlayırıq. Bayramdan sonra yayıma başlayacağıq”, - deyə o qeyd edib.
Rubrika.az
Facebook-da paylaş













