Keçmiş məhkumdan narkotik vasitələr götürülüb
![]()
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş E.Tixtov Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Rubrika.Az-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan heroin və metamfetamin, Hövsan qəsəbəsindəki evindən isə 450 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı təhqiqat aparılır.
Rubrika.Az
Facebook-da paylaş








