Türkiyədə koronavirusdan 3 nəfərin öldüyü açıqlanıb
![]()
Türkiyədə indiyədək koronavirusdan 3 nəfərin öldüyü açıqlanıb.
Rubrika.Az-ın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edən Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
O qeyd edib ki, koronavirusdan ölənlərdən biri də Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının sabiq komandanı, ordu generalı Aytaç Yalmandır.
Rubrika.Az
Facebook-da paylaş














