Bu gün 130-dan çox Ukrayna vətəndaşı Azərbaycandan təxliyə olunacaq
![]()
Ukraynanın Azərbaycandakı vətəndaşları təxliyə olunacaq.
Rubrika.Az Apa-ya isinadən bildirir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski "Twitter" hesabında məlumat verib.
"Bu gün saat 23:00-da 136 vətəndaşın (say dəyişir) müraciəti ilə Bakı-Kiyev marşrutu üzrə xüsusi reys baş tutacaq", - səfir qeyd edib.
Rubrika.Az
Facebook-da paylaş
















