Bakıda evdən meyit tapılıb
![]()
Bakıda evdən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Rubrika.Az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan, 1959-cu il təvəllüdlü Dadaşov Yaqub Baba oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Rubrika.Az
Facebook-da paylaş









