Kəmaləddin Heydərov koronavirusla bağlı əmr imzaladı
![]()
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən bir sıra tədbirlər görülür.
Rubrika.az yenisabah.az-a istinadla xəbər verir ki, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə post-patrul xidmətinin təşkili, həyata keçirilməsi və digər dövlət orqanları ilə qarşılıqlı fəaliyyətin həyata keçirilməsi üçün nazirliyin nəznində Qərargah yaradılıb.
Baş hərbi ekspert general-mayor Hüseynov Etibar Hamlet oğlu Qərərgahın rəisi təyin edilib.
Qeyd edək ki, əmrin icrasına nəzarət general-leytenant Rafael Mirzəyevə tapşırılıb.
Rubrika.az
Facebook-da paylaş












