Qondarma “respublika”da seçki baş tutmadı – “Dağlıq Qarabağ klanı” çökür
![]()
Qondarma Dağlıq Qarabağ rejiminin qanunsuz keçirdiyi "prezident seçkisində" qalib müəyyən olunmayıb.
Rubrika.Az xəbər verir ki, ən çox səs alan namizədlər - Araik Arutunyan və Masis Mailyan ikinci tura keçiblər. Araik Arutunyan 49,26, Masis Mailyan isə 26,4 faiz səs toplayıb. İkinci tur aprelin 14-də keçiriləcək.
“Seçki”nin nəticələrini şərh edən politoloq Natiq Miri deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın dəstək verdiyi namizədlər ikinci turda yarışacaq: "Bu da Qarabağ klanının qondarma Qarabağ rejimindəki hakimiyyətinin sonu, Rusiya və Sarkisyan-Koçaryan klanının məğlubiyyəti deməkdir. Bununla da Paşinyan Dağlıq Qarabağ üzərindəki hərbi-siyasi nəzarətini təmin edəcək".//Yenisabah.az
Rubrika.Az
Facebook-da paylaş







