Azərbaycanda dörd nəfər Metil spirtindən zəhərlənərək öldü

Martın 21-dən 30-dək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə “Metil spirti” zəhərlənməsi diaqnozu ilə doqquz xəstə gətirilib. Onlardan 4-nün həyatını xilas etmək mümkün olmayıb.
Bu barədə virtualaz.org-a Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin mətbuat katibi Rəvanə Əliyeva bildirilib. Mütəxəssislər yeyinti məhsullarını dizenfeksiya edilməməsini, əks halda zəhərlənməyə səbəb ola biləcəyini açıqlayıblar. Lakin Əliyeva zəhərlənmələrin hansı şəraitdə baş verdiyini söyləməyib. Mərkəzin rəhbəri Azər Maqsudov da məlumatların TƏBİB-ə təqdim edildiyini, buna görə də əlavə məlumat verə bilməyəcəyini deyib.
Rubrika.Az
Facebook-da paylaş













