Koronavirus xəstələrinin sayı artarsa, ev şəraitində müalicəyə keçə bilərik

"Əgər ölkədə koronavirus xəstələrinin sayında ciddi artım olsa, pasiyentlər beynəlxalq təcrübəyə əsasən ev şəraitində müalicə oluna bilər".
Rubrika.Az virtualaz.org-a istinadla xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, istər Bakıda, istərsə də bölgələrdə karantin müəssisələri var: "Eyni zamanda yeni açılan klinika da koronavirus xəstələrinin yerləşdirilməsi üçün gözəl imkandır".
Rubrika.Az
Facebook-da paylaş










