Ötən il 146 insan alveri və 4 məcburi əmək cinayəti qeydə alınıb
![]()
2019-cu ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 146 insan alveri və 4 məcburi əmək cinayəti qeydə alınıb.
Rubrika.Az məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyəti haqqında hesabatında qeyd edilib.
Qeyd olunub ki, 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilib.
Həmçinin bu hüquqazidd əməllərin qurbanı olan 91 şəxs müəyyən edilib.
Rubrika.Az
Facebook-da paylaş









