ÜST: Avropada COVID-19 qurbanlarının 95 faizi yaşı 60-ı keçmiş şəxslərdir
![]()
Avropada COVID-19-la bağlı ölüm hallarının 95 faizindən çoxu yaşı 60-dan çox olan insanlar arasında baş verib.
Rubrika.Az Oxu.Az-a istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Bürosunun direktoru Hans Kluge bildirib.
Risk qrupuna əvvəlki kimi ürək-damar xəstəlikləri, hipertoniya və diabeti olan insanlar daxildir.
Klugenin sözlərinə görə, 50 faizdən artıq hallarda isə koronavirusdan ölənlərin 80 və ya 80-dən artıq yaşı olub. Onların 80 faizi bir və ya iki xroniki xəstəlikdən əziyyət çəkib.
Rubrika.Az
Facebook-da paylaş














