Rusiyadan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ
![]()
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova gündəmin aktual mövzularına həsr olunmuş brifinq keçirib.
Rubrika.az Oxu.az-a istinadən xəbər verir ki, Zaxarova videokonfrans formatında keçirilən brifinq zamanı Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən insidentə də münasibət bildirib:
“Alınan məlumatlara görə, sərhəddə atəşkəsin pozulması halları davam edir. Bununla yanaşı, mülki obyektlər, o cümlədən, nəqliyyat vasitələri hədəf alınır. Biz tərəfləri güc tətbiq etməkdən çəkinməyə və obyektiv şərait yaranan kimi yenidən danışıqlar masasına oturmağa çağırırıq”, - deyə Zaxarova bildirib.
Rubrika.Az
Facebook-da paylaş












