Akif Çovdarov əfv olundu
![]()
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş idarə rəisi Akif Çovdarov əfv edilib.
Rubrika.Az yenisabah.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ona da şamil edilib.
Akif Çovdarov MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olub, general-mayor rütbəsi daşıyıb. 2015-ci ildə “MTN işi” zamanı həbs olunmuşdu. O, Mənimsəmə və ya israfetmə, qanunsuz azadlıqdan məhrumetmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalmada ittiham olunaraq 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Rubrika.Az
Facebook-da paylaş











