511 nəfər karantinə yerləşdirildi
![]()
“Türkiyə sərhədləri bağladıqları son İraqda qalmağa məcbur olan 511 Türk ölkəyə geri gətirilib.
Rubrika.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, vətəndaşlar dünən gecə 2 özəl təyyarə ilə Ankara Esenboğa hava limanına gətirilib. Daha sonra isə onlar karantin üçün nəzərdə tutulmuş yataqxanalara yerləşdirilmək üçün Afyonkarahisar a göndərilib.
Qeyd edək ki, Türkiyə vətəndaşları 14 gün karantin altında qalacaq.
Rubrika.Az
Facebook-da paylaş













