Nazirlər Kabineti rəsmisi karantin rejimində qayda pozuntularından danışdı
![]()
“Ölkədə icazə rejimi elan olunduqdan sonra da qaydalar pozulur”.
Rubrika.Az-ın Oxu.Az-a istinadən məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, bir sutka ərzində xüsusi karantin rejimini pozan 3073 vətəndaş haqqında inzibati tədbir görülüb:
“12 nəfər həbs edilib, iki ictimai iaşə obyekti işlədən sahibkar həbs edilib. Bir cinayət işi üzrə iki nəfər həbs edilib. Sosial şəbəkələrdə yalan məlumat yayan bir nəfər həbs olunub, bir nəfərin haqqında inzibati tədbir görülüb. Eyni zamanda, saxta jurnalist vəsiqəsi hazırlayan iki nəfər saxlanılıb”.
Rubrika.Az
Facebook-da paylaş












