27 yaşlı gənc Çernobıl ətrafındakı meşəni yandırdı - Bölgədəki radiasiya səviyyəsi 16 dəfə artdı (FOTOLAR)

Çernobıl faciəsi tarixin ən faciəli hadisələrindən biridir.
26 aprel 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasının 4-cü reaktorunda baş verən partlayış nəticəsində təxminən 5000 nəfər ölüb. Ancaq bu gün də, Çernobıl hadisəsindən təxminən 34 il keçsə də, təsirləri həmin ərazidə davam edir. Nüvə elektrik stansiyasının yerləşdiyi bölgədəki radiasiya səviyyəsi hələ də yaşayış üçün əlverişli deyil. Bu günlərdə Çernobıl yaxınlığındakı meşə yanğını bölgədəki radiasiya səviyyəsini 16 dəfə artırıb.
Sözügedən ərazidəki yanğın aprelin 4-də başlayıb. Hələ də söndürülə bilməyən yanğın bu günə qədər təxminən 100 hektar meşə sahəsini məhv edib.
Bu barədə Ukrayna Dövlət Ətraf Mühit Müfəttişliyinin rəisi vəzifəsini icra edən Yeqor Firsov ətraflı məlumat verib.![]()
Mövcud olan yüksək radiasiya səbəbindən əraziyə daxil olmaq riski artıb. Yanğın radiasiyanı artırdıqca daha təhlükəli oldu. Ukraynanın Fövqəladə Hallar Nazirliyinin tabeliyindəki komandalar yanğının söndürülməsi üçün səylərini davam etdirir.
Hazırda bu yanğını söndürmək üçün 140 yanğınsöndürən maşın, iki təyyarə və bir vertolyot çalışır.
Günlərdir davam edən yanğın Ukraynanın paytaxtı Kiyevdə də radiasiya qorxusu yaratmağa başlayıb.![]()
Bazar ertəsi vəziyyəti müzakirə edən hökumət ekspertləri, Kiyevdə və ya şəhərətrafı qəsəbələrdə radiasiya səviyyəsində artım olmadığını bildirmişdi.
Digər tərəfdən, polis yanğını törədən 27 yaşlı şübhəlini həbs edib. Məlum olub ki, 27 yaşlı gənc meşədə əyləncə məqsədilə 3 fərqli yerdə xırda zibilləri toplayaraq yandırıb. Daha sonra yanğın artdıqca qarşısını ala bilməyib.![]()
![]()
![]()
Rubrika.Az
Facebook-da paylaş













