Mərkəzi Bank kredit borclarının dondurulmasını müzakirə edir

Milli Məclisin bugünkü iclasında xüsusi karantin dövründə vətəndaşların banklara olan kredit borclarının dondurulması təklif edilib.
RUBRİKA.AZ virtualaz.org-a istinadla bildirir ki, bu təkliflə deputat Aydın Mirzəzadə çıxış edib.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov isə qeyd edib ki, bank kreditləri ilə bağlı müzakirələr gedir: “Məsələ hazırda müzakirə olunur”.
RUBRİKA.AZ
Facebook-da paylaş












