Qısqanclıq zəminində adam bıçaqladı – Cinayət
![]()
Qısqanclıq zəminində bıçaqlanma hadisəsi törədən şəxsin həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən Xəzər Rayon Məhkəməsinə vəsatət verilib.
Rubrika.Az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə təqsirləndirilən 1980-ci il təvəllüdlü Abdinov Həmid İntiqam oğlunun məhkəmə prosesinə hakim Ramilə Xəzri sədrlik edəcək.
2019-cu ilin dekabr ayında Bakı şəhər sakini Abdinov Həmid İntiqam oğlu Xəzər rayonu, Qala qəsəbəsində kirayədə yaşadığı nömrəsiz evin həyətində 1976-cı il təvəllüdlü Ağalarov Əli Mirqubad oğluna sol döş qəfəsi və bel nayihəsindən 2 bıçaq zərbəsi endirib. İlkin dindirmələr zamanı hadisənin qısqanclıq zəminində baş verdiyi məlum olub.
Qeyd edək ki, 39 nəfərə qarşı dələduzluq edən Həmid Abdinov barəsində Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178-ci maddəs ilə cnayət işi başlanıb və rayon məhkəməsinə göndərilib. Cinayət işi hakim Nəriman Mehdiyevin icraatına verilib. Hüquq-mühafizə orqanlarına müraciət edən vətəndaşlar Abdinov Həmid İntiqam oglu tərəfindən aldadıldıqlarını bildiriblər. Belə ki, vətəndaşlar ərizələrində Həmid Abdinovun onlara makler adı ilə torpaq satdığını göstəriblər. Hər bir şəxsdən 5-6 min manat pul alan Həmid Abdinov eyni torpağı onlara göstərərək satıb, hətta sənəd düzəldəcəyinə dair vəd verib. Ancaq bir müddət sonra məlum olub ki, H.Abdinovun həmin torpağa ümumiyyətlə aidiyyəti yoxdur. O da məlum olub ki, Həmid abdinov bıçaqlanma cinayətini törədən zaman dələduzluq cinayəti ilə bağlı polis nəzarətində olub.
Rubrika.Az
Facebook-da paylaş












