İşsiz vətəndaşlara sms sabah gün ərzində göndəriləcək

Nazirlik sözçüsü suallara aydınlıq gətirdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov işsiz vətəndaşlara sms-lərin gəlib-gəlmədiyi ilə bağlı sualı sosial şəbəkədə cavablayıb.
Nazirlik rəsmisi: “Bütün işsiz şəxslərə birdəfəlik ödəniş ...
O, statusunda detallara aydınlıq gətirib:
"İşsiz vətəndaşlara sms-in gəlib gəlmədiyi barədə suallara cavab olaraq bildirirəm ki, 10 min işsiz vətəndaşımıza sms bildiriş sabah gün ərzində göndəriləcək. Bu gün isə həmin vətəndaşlarımızın vəsaiti bank və Azərpoçta ödənilib. Bu prosesin şəffaf icrası təmin ediləcək və operativ sizlərə məlumat veriləcək. Prosesin gedişatı və bütün mərhələləri barədə mütəmadi açıqlamalar olacaq".
Rubrika.Az
Facebook-da paylaş











