Azərbaycanda icra başçısının müavini vəfat etdi
![]()
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Samid Abıyev dünyasını dəyişib.
Rubrika.az "Report"a istinadən xəbər verir ki, o, ötən gün uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, 2008-ci ildə avtomobil qəzasında S.Abıyevin iki oğlu, gəlini və azyaşlı nəvəsi, 2009-cu ildə isə yol qəzasında onun daha bir oğlu vəfat edib.
Rubrika.az
Facebook-da paylaş











