24 saatda 1831 ölü – Ağ Evin “qara günləri” başlayıb
![]()
ABŞ-da pandemiyaya yoluxanların sayı yarım milyonu ötüb.
Rubrika.az yenisabah.az-a istinadla xəbər verir ki, dünyanı çarəsiz qoyan koronavirus son 24 saatda ABŞ-da 1 831 nəfərin ölümünə səbəb olub. Beləliklə, ölənlərin sayı 22 min 115 nəfərə çatıb. İnfeksiya daşıyıcılarının sayı isə 530 min 6 nəfərdir. Sutka ərzində 391 nəfər artıb.
Qeyd edək ki, dünyada koronavirusla 1 milyon 850 min nəfər mübarizə aparır.
Rubrika.az
Facebook-da paylaş









