Ərdoğan Süleyman Soylunun istefasını qəbul etmədi - Son dəqiqə

Xəbər verdiyimiz kimi, Türkiyənin daxili işlər naziri Süleyman Soylu istefa verdiyini açıqladı.
Rubrika.Az-ın musavat.com-a istinadən məlumatına görə, bundan sonra diqqətlər prezident Ərdoğanın istefanı qəbul edib-etməyəcəyinə yönəldi. Türkiyənin Ensonahber.com saytının əldə etdiyi məlumatlara görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daxili işlər naziri Süleyman Soylunun istefasını qəbul etməyib.
***
Son məlumatlara görə, Türkiyə Rabitə Nazirliyi açıqlama yayaraq daxili işlər naziri Süleyman Soylunun istefasının prezident Ərdoğan tərəfindən qəbul edilmədiyini bildirib.
Rubrika.Az
Facebook-da paylaş











