Gürcüstan Prezidenti İlham Əliyevə təşəkkür etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili koronavirusla mübarizədə göstərilən həmrəyliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqımıza minnətdarlıq edib.
RUBRIKA.AZ yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan dövlətinin başçısı özünün “Twitter” səhifəsində yazıb.
S.Zurabişvili bildirib: “Bu gün Bakıda, Heydər Əliyev Mərkəzinin binası üzərinə Gürcüstanın bayrağı videoproyeksiya olunub. Bu, Azərbaycan xalqının həmrəyliyinin ən yaxşı mesajıdır. Biz birlikdə daha güclüyük!”.
Salome Zurabişvili göstərilən dəstəyə görə Azərbaycan Prezidentinə bir daha təşəkkür edib.
RUBRIKA.AZ
Facebook-da paylaş











