47 ölkədən 5 104 nəfər vətənə qayıtmaq üçün müraciət edib
![]()
"Ölkəyə qayıtmaq üçün ümumilikdə bu günə qədər 47 ölkədən 5 104 müraciət daxil olub".
Rubrika.Az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, müraciətlərin əsas istiqaməti müvəqqəti çətinliklərin aradan qaldırılması ilə bağlı olub:
"Belə hallara da rast gəlinib ki, bəzi şəxslər yaranmış vəziyyətdən sui-istifadə edib".
Rubrika.Az
Facebook-da paylaş












